Sual: Burun qanaması orucu pozurmu?
Şeyx İbn Useymin:
Cavab: Çox olsa belə burun qanaması orucu pozmur, çünki burun qanaması qeyri-ixtiyari olur.
"Fətəva Ərkən İsləm", 481
Sual: Oruclu ikən diş məcunu istifadə etməyin hökmü nədir?
Şeyx İbn Bəz:
Cavab: Dişləri məcunla təmizləmək (misvakla olduğu kimi)orucu pozmur. Mədəyə bir şey getməməsinə diqqət etmək lazımdır. Əgər insanın niyyəti olmadan mədəsinə ondan bir şey gedərsə, orucunu qəza etməz.
"Məcmul Fətava", 15/260