"Bu nə gözəl bidətdir" sözünün izahı

"Bu nə gözəl bidətdir" sözünün izahı

[ Ömər İbn Xəttabın (Allah ondan razı olsun) Təravih namazı haqqında "Bu, nə gözəl bidətdir" sözünün izahı ]

Şeyxulİslam ibn Teymiyyə (rahiməhullah) belə demişdir:

Ömər İbn Xattabın (Allah ondan razı olsun) bu gözəl tətbiqatı bidət olaraq adlandırması, tamamilə lüğəvi olaraq bir adlandırmadır, şərii deyil.

Bunun səbəbi bidət kəliməsinin lüğəvi olaraq geniş əvvəli olmadan edilən hər şeyi özündə cəm etməsidir. Şərii olaraq bidət isə, haqqında şərii bir dəlil olmadan edilən tətbiqatdır.

📚 İqtida Sıratal Mustəqim səh.276

Böyük Təfsirçi İbn Kəsir rahiməhullah bidətlərin iki növ olduğunu demişdir:

1) Bidət qavramı bəzən şərii mənada istifadə olunur.

Peyğəmbərin ﷺ "sonradan ortaya çıxarılan hər yenilik bidətdir və hər bidət də zəlalətdir" ifadəsi bunun misalıdır.

2) Bidət bəzən də lüğəvi mənada istifadə olunur. Ömərin (Allah ondan razı olsun) insanlar təravih üçün toplandığı və onların da buna davam etməsinə görə dediyi "bu nə gözəl bidətdir" sözü də bunun misalıdır.

📚Təfsir ibn Kəsir, Bəqərə surəsi,117

Böyük alim İbn Rəcəb rahiməhullah belə deyir:

Sələfin bəzi bidətləri həsənə (yaxşı) adlandırması şərii mənada deyil, lüğəvi mənadadır. Ömərin (Allah ondan razı olsun) "bu nə gözəl bidətdir" sözü də bu qəbildəndir. Ömərin (Allah ondan razı olsun) qəsdi bu tətbiqatın bu şəkildə əvvəlcə mövcud olmadığı, ancaq dində əslinin olduğunu ifadə etməkdir.

📚Cəmiul ulum vəl hikəm, səh.28