[ Fitrə zəkatının əhkamları ]
•Fitrə zəkatının hökmü nədir?
Şeyx İbn Bəz:
Fitrə zəkatı hər bir kiçik, böyük, kişi, qadın, azad və qul olan müsəlmana fərzdir (vacibdir).
Bax: Əl-Fətəva, 14/197.
• Fitrə zəkatı nələrdən çıxarılır?
Şeyx İbn Bəz:
Ərzaqdan və ya xurmadan, arpadan, quru üzümdən və ya əkit pendirdən (kəsmik və ya şor bənzəri pendir) bir saa (dörd ovuc) olaraq çıxarılır. Həmçinin alimlərin ən doğru olan sözlərinə görə hər ölkə əhalisinin yediyi düyü, qarğıdalı və.s bu növlərə aid olunur.
• Fitrə zəkatının çıxarılma vaxtı nə vaxtdır?
Şeyx İbn Bəz:
Fitrə zəkatının çıxarılma vaxtı Ramazanın iyirmi səkkizinci, iyirmi doqquzuncu və otuzuncu günü bayram gecesi və namazdan qabaq bayram sabahıdır.
Bax: Əl-Fətəva, 32/ 14-33.
• Fitrə zəkatının çıxarılma səbəbi nədir?
Şeyx İbn Useymin:
Fitrə zəkatının çıxarılma səbəbi Uca Allahın Ramazanda qula olan nemətinə görə Ona şükür etməyi izhar etməkdir.
Bax: Əl-Fətəva, 18/257.
• Fitrə zəkatı kimlərə verilir?
Şeyx İbn Useymin:
Fitrə zəkatının veriləcəyi yalnız bir sinif insan var, onlar da yoxsullardır.
Bax: Əl-Fətəva, 18/259.
• Fitrə zəkatını çıxarmağı övladlarına və ya başqalarına həvalə etməyin hökmü nədir?
Şeyx İbn Useymin:
Əgər 0 şəxs fitrə zəkatı vaxtında iş üçün başqa ölkədə olarsa, onun yerinə fitrə zəkatını verməyi övladlarına həvalə etməyi icazəlidir
Bax: Əl-Fətəva, 18/262.
• Yoxsulun fitrə zəkatını almağı başqa şəxsə həvalə etməyi icazəlidirmi?
Şeyx İbn Useymin:
Bəli, icazəlidir.
Bax: Əl-Fətəva, 18/268.
• Fitrə zəkatı çıxarılan zaman deyiləcək müəyyən dua varmı?
Fitrə zəkatını çıxarılan zaman deyiləcək müəyyən bir dua bilmirik.
Bax: Ləcnə Daima, 9/387.
• Fitrə zəkatını nəğd pulla çıxarmaq icazəlidirmi?
Şeyx İbn Bəz:
Əksər elm əhlinin rəyinə görə fitrə zəkatını nəğd pulla çıxarmaq icazə deyildir, çünki Peyğəmbərdən və onun səhabələrindən (Allah onlardan razı olsun) gələn dəlillərə müxalifdir.
Bax: Əl-Fətəva, 32/14.
Şeyx İbn Useymin:
Fitrə zəkatını nəğd pul olaraq çıxarmaq keçərli deyil, çünki onu ərzaq olaraq çıxarmaq fərz (vacib) edilmişdir.
Bax: Əl-Fətəva, 18/265.
• Fitrə zəkatını yaşadığı ölkədə deyil də, başqa ölkədə çıxarmaq icazəlidirmi?
Şeyx İbn Bəz:
Sünnə olan odur ki, fitrə zəkatını yaşadığı ölkədə olan yoxsullar arasında paylasın və öz ölkəsində olan yoxsulların ehtiyacını ödəsin və başqa ölkəyə göndərməsin.
Bax: Əl-Fətəva, 14/213.
• Evdə işləyən xidmətçinin də fitrə zəkatı çıxarmağı vacibdirmi?
Şeyx İbn Useymin:
Evdə işləyən xidmətçinin də fitrə zəkatı çıxarmağı vacibdir, çünki, o, da müsəlmanlardandır. Əsl olan odur ki, xidmətçi öz yerinə zəkat çıxarır. Əgər ev əhli xidmətçinin yerinə də fitrə zəkatı çıxararsa, bunda bir qəbahət yoxdur.
Bax: Məcmu Fətəva va Rasəil, 18.
• Bətndə olan körpəyə görə də fitrə zəkatı çıxarılmalıdırmı?
Şeyx İbn Useymin:
Bətndə olan körpəyə görə fitrə zəkatı vacib olduğu üçün çıxarılmır, müstəhəb olduğu üçün çıxarılır.
Bax: Məcmu Fətəva va Rasəil, 18.
• Fitrə zəkatını müsəlman olmayan işçiyə vermək icazəlidirmi?
Şeyx İbn Useymin:
Xeyr, icazəli deyildir. Fitrə zəkatı yalnız müsəlman olan yoxsullara verilir.
Bax: Əl-Fətəva, 18/285.
Hazırladı: Samiq Mustafayev