Şiəliyin tarixi

Şiəliyin tarixi


Şiəliyin tarixi (1) / Şeyx Fovzan

Peyğəmbər (Ona Allahın salavatı  və salamı olsun) xəbər vermişdir ki, bu ümmət də özündən əvvəlki ümmətlər olan yəhudi və xristianların parçalandığı kimi parçalanacaq. Bu xəbər (hədis), çəkindirmək qəbilindəndir. Bu xəbər, bu firqələrdən çəkindirmək mənasındadır və bunlar baş verdikdə Sünnəyə bağlı olmağa təşviq edir. Bu hadisələrdən Sünnəyə bağlı olmaqdan başqa qurtuluş yolu yoxdur. Kim Sünnəni tərk edər və batil firqələrlə bərabər olarsa, cəhənnəmə gedər. 

Ortaya çıxan firqələr olduqca çoxdurlar. Lakin onların əsasını təşkil edən firqələr dörddürlər. Şiəlik firqəsi və onlar ilk dəfə Osmanın (Allah ondan razı olsun) öldürüldüyü vaxt ortaya çıxıblar. O zaman ki, yəhudi Abdullah ibn Səba gəldi və müsəlmanların arasında fitnə çıxardı və Əli İbn Əbu Talibin Peyğəmbərdən sonra vəsiyət etdiyi kəs olduğuna və səhabələrin ona zülm etdiyinə və xilafəti onun əlindən aldıqlarına dəvət edirdi.

Elə o vaxtdan şiəlik yayılmağa başladı. Alimlər deyirlər ki, şiələr özləri bir çox firqədən ibarətdirlər. Onların ən birincisi “mufaddilə şiələrdir”. O ksələr ki, Əlini digər səhabələrdən üstün tuturdular. Hətta Əbubəkr, Ömər və Osmandan belə... Onu (Əlini) digər səhabələrdən üstün tuturdular. Bunlar “mufaddilə” (üstün tutanlar) adlanırdılar. Lakin onlar digər səhabələrin xilafətinə tənə etmirdilər.  Onlar Əbubəkr, Ömər və Osmanın xilafətinə tənə etmirdilər. Onlar yalnız “Əli daha üstündür” deyirdilər. Şəkk yoxdur ki, bu, zəlalətdir. Əli raşidi xəlifələrin dördüncüsüdür. Əbubəkr və Ömərdən üstün deyil.

Hətta Əli (Allah ondan razı olsun) özü onu Əbubəkr və Ömərdən üstün tutmağı inkar edir və bunu deyənləri cəza verməklə təhdid edirdi. Əli (Allah ondan razı olsun) bunu inkar edirdi. O, Əbubəkr və Ömərdən üstün deyil. İxtilaf sadəcə onunla Osman arasındadır. Hansı daha üstündür və bu məsələ asan bir məsələdir. Onunla (Əli) Osman arasında olan “hansı daha üstündür” asan məsələdir. Lakin onu (Əlini) Əbubəkr və Ömərdən üstün tutmağa gəldikdə isə bunu ancaq zəlalətdən bir şeyi olan deyə bilər. Bunlar “mufaddilə şiələlərin” ən yüngül olanlarıdır.
 
ARDI VAR İNŞALLAH ....
 
Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha