Sevgililər
(Valentin) günü haqqında
Birinci:
Bu bayramın əsli nədir?
Bu
bayram əsl olaraq rumluların cahiliyyə bayramlarındandır. Rumlular xristianlığa
daxil olduqdan sonra da bu bayramı qeyd etməyə davam etdilər. Onlar bu bayramı
Valentin adı ilə məşhurlaşan və haqqında miladi 270-ci ilin 14 fevralında edam hökmü
çıxarılmış rahiblə bağladılar. Kafirlər bu bayramı hələ də qeyd etməyə davam
edirlər.
İkinci:
Bu bayramı qeyd etməyin hökmü?
Kafirlərin
bayramlarından hər hansısa birini qeyd etmək icazəli deyil.
Hafiz
Zəhəbi (Allah ona rəhm etsin) belə demişdir :
Əgər
xristianların və yəhudilərin onlara xas bayramı olarsa, müsəlmana onlarla bu
şeydə ortaq (iştirak etmək) olmaz. Necə ki, onların şəriətlərində və qiblələrində
onlarla ortaq olmadığı kimi...
Bax: Risələtu
təşbih Xasis, səh. 27
Həmçinin
şeyx İbn Useymin (Allah ona rəhm etsin) belə demişdir:
Sevgi
bayramını qeyd etmək icazəli deyil.
Birinci:
Bu bidət olan bayramdır, onun şəriətdə əsası yoxdur.
İkinci:
Bu bayram ehtirasa və şəhvətə (zinaya) çağırır.
Üçüncü: Bu bayram qəlbi sələfin (Allah onlardan razı olsun) yoluna müxalif olan buna
bənzər boş (dəyərsiz) şeylərlə məşğul etməyə çağırır. Bu gündə bu bayrama aid
olan şüarlardan hər hansısa bir şeyi etmək halal deyil. Fərqi yoxdur istər yemək
olsun, istər içmək olsun, istər geyim olsun, istərsə də hədiyyələşmək və buna bənzər
şeylər olsun.. Müsəlmana vacibdir ki, dinində möhkəm olsun (dini ilə fəxr
etsin) və kimə gəldi tabe olan birisi olmasın. Uca Allahdan istəyirəm ki, müsəlmanları
açıq və gizli olan bütün fitnələrdən qorusun. Bizi Öz qoruması və müvəffəqiyyəti
ilə himayə etsin.
Bax: Şeyxin
5/11/1420 tarixli məqaləsindən
Sonda
həmd olsun aləmlərin Rəbbi olan Allaha