Yatarkən Quran dinləmək
- 394
Mərhəmətli və Rəhimli Allahın adı ilə
Əbu-l-Fərəc İbn əl-Cəvzi: Hənbəli məzhəbli fiqh alimidir, hədis alimi olmuşdur və onun nəsəbi Əbu Bəkr əs-Siddiqə (Allah ondan razı olsun) çatır. O, xütbə oxumaq, nəsihət vermək və əsərlər yazmaq sahəsində geniş şöhrət və yüksək məqam qazanmışdır, həmçinin bir çox elm və sənət sahələrində də ön plana çıxmışdır.
Onun tam adı "Əbu-l-Fərəc Əbdur-Rəhman ibn Əli ibn Məhəmməd"dir və "İbn əl-Cəvzi" adı ilə tanınırdı, çünki onun Vasit şəhərindəki evində misilsiz bir qoz ağacı var idi, və ya bəziləri bu adın "Furdat əl-Cəvz" adlanan Bəsrə çayının bir limanına nisbət olunduğunu söyləyirlər. O, 510-cu ildə (1116-cı il) Bağdadda zəngin bir ailədə anadan olmuşdur; ailəsi misgərliklə məşğul olan tacirlər idi və atasının sərvəti ona elmə tam şəkildə həsr olunmaq imkanı vermişdir. O, zəngin olmasına baxmayaraq, zahid və təqvalı idi, və dövrünün böyük alimlərindən, o cümlədən "Qazi Əbu Bəkr əl-Ənsari" və "Əbu Bəkr əl-Məzrəfi" kimi alimlərdən dərs almışdır.
İbn əl-Cəvzi əsərlərinin çoxluğu və müxtəlifliyi ilə fərqlənirdi; onun üç yüzə yaxın əsəri var idi ki, bunlar təfsir, hədis, tarix, dil, tibb, fiqh, nəsihətlər və digər elm sahələrini əhatə edirdi. Onun ən məşhur kitablarından bəziləri "Zad əl-Məsir fi Elm ət-Təfsir", "Seyd əl-Xatir", "Əl-Muntəzəm fi Tarix əl-Üməm min əl-Ərəb və əl-Əcəm" və "Əxbar əl-Həmaq və əl-Muğəffəlin"dir.
O, sürgündən qayıtdıqdan iki il sonra, 597-ci ildə Ramazan ayının ortalarında vəfat etmişdir, və ərəb irsinə çoxsaylı bənzərsiz əsərlər əlavə etmişdir.
Böyük alim İbn Covzi (Allah ona rəhm etsin) demişdir:
Bil ki, İblisin insanlar üzərində olan birinci hiyləsi onları elmdən uzaqlaşdırmaqdır, çünki elm nurdur əgər onların nurunu söndürərsə, zülmətdə onlara istədiyi kimi xitab edər.
Təlbisul İblis, 1/389
Həmməd ibn Şueyb Amaşın belə dediyini rəvayət edir:
Cinlərlə danışan bir kişi bizə danışdı ki, cinlər ona dedilər:
Bizə sünnəyə tabe olandan daha ağır gələn bir kəs yoxdur. Hava (bidət) əhlinə gəldikdə isə biz onlarla oyun oynayırıq.
Təlbisul İblis, 1/37
Həqiqətən İblisin insanın üzərində hakim olması, onun (insanın) elminin azlığının miqdarı qədərindədir. Hər dəfə insanın elmi azaldıqda İblisin onun üzərindəki hökmranlığı artır və hər dəfə də insanın elmi artdıqda isə İblisin hökmranlığı da azalır.
Təlbisul İblis, 1/334
Ola bilsin ki, ərin həyat yoldaşı ilə yaxınlığından Şafi, Əhməd İbn Hənbəl kimi uşaqlar dünyaya gəlsin və bu, min il (nafilə) ibadətdən daha xeyirli olsun.
Təlbisul İblis, səh. 263
[ Düşmən istirahət etmir ]
Bil ki, həqiqətən qəlb qala kimidir. Şeytanlar isə bu qalanın ətrafında dövrə vurmağa davam edir və mühafizəçinin qəflətdə olmağını gözləyirlər. Mühafizəçiyə vacibdir ki, bir anlıq belə mühafizədən yorulmasın, çünki düşmən yorulmur.
Təlbisul İblis, səh. 23
Həsən əl-Basri (Allah ona rəhm etsin) belə demişdir:
Quran onunla əməl olunması üçün nazil olmuşdur, insanlar isə onun oxunuşunu əməldən saydılar.
Həqiqətən, onlar onun (Quranın) oxunuşu ilə kifayətləndilər, onunla əməl etməyi isə tərk etdilər.
Təlbisul İblis, 137.
[ MUSİQİ VƏ ZİNA ]
Musiqiyə qulaq asmaq insanı zina etməyə aparan ən böyük səbəbdir.
Təlbisul İblis, səh. 528
ARDI VAR. İnşəAllah