“NIKE” yazısı olan geyimlərin hökmü

“NIKE” yazısı olan geyimlərin hökmü


Sual:

Allah sizi xeyirlə mükafatlandırsın. Bir geyimin üzərində yunan ilahlarından birinin adı olarsa, o da "NIKE" olaraq adlanır, onu geyinmək və satmaq icazəlidirmi?

Cavab:

Şeyx Ubeyd Cəbiri (hafizahullah)

Əgər geyim köynək, baş geyimi və ya cübbə olarsa, geyinmək olmaz. Əgər onun ilah olduğu isbatlanıbsa, bu, onu təzim etməkdir (əzəmətləşdirməkdir). Amma ayaqqabıda, ayaq altındakı corabda və ya şalvarda yazılıbsa, bunda bir problem yoxdur. Çünki bu, (həmin ilahı) alçaltmaq sayılır.

Youtube linki.

Hazırladı: Samiq Mustafayev.