Salamı yaymağın əhəmiyyəti

Salamı yaymağın əhəmiyyəti


Uca Allah ﷻ belə buyurmuşdur:

{ وَإِذَا حُیِّیتُم بِتَحِیَّةࣲ فَحَیُّوا۟ بِأَحۡسَنَ مِنۡهَاۤ أَوۡ رُدُّوهَاۤۗ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَیۡءٍ حَسِیبًا }


Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin hesabını çəkəndir. (Nisə, 86)


*Peyğəmbər ﷺ belə buyurmuşdur:

Mərhəmətli Allaha ibadət edin. (İnsanlara) Yemək yedirin, salamı yayın və salamatlıqla cənnətə daxil olun.

Bax: Tirmizi, 1855.



Peyğəmbər ﷺ başqa bir hədisdə belə buyurmuşdur:

İman etmədikcə cənnətə girməz və bir biriniz sevmədikcə də iman sahibi olmazsınız. Sizə elə bir əməl öyrədim ki, onu etdikdə bir biriniz sevəcəksiniz. Aranızda salamı yayın.

Bax: Səhih Muslim, 54.


Şeyx İbn Useymin (Allah ona rəhm etsin) bu hədisin şərhində belə deyir:

İnsanların bir-birini sevməsinə aparan yollar çoxdur. Onun ən yaxını və ən asan olanı salamı yaymaqdır. Yoxsa ki, hədiyyə məhəbbəti vacib edir. Həmçinin insanlara kömək etmək, gözəl əxlaq məhəbbəti vacib edir. Lakin onun ən asanı salamı yaymaqdır.


Çox təəssüflər olsun ki, bugün insanlar yalnız tanıdıqlarına salam verirlər. İnsanlar içərisində elələri də vardır ki, hətta tanıdıqlarına da salam vermir və salam yerinə "mərhaba" "xoş gördük" "bugün necəsən?" və buna bənzər sözlər istifadə edir. Elm tələbələrin üzərinə salamın əhəmiyyətini insanlara çatdırmaq vacibdir.

Bax: Şərh Səhih Muslim, (8 A)


Şeyx Rabi Mədxali (Allah onu qorusun) belə deyir:

Salamı yaymaq, möminlər arasında sevginin var olmasının ən böyük səbəblərindəndir.

Əl-İbtihəc bi şərh Kitəb İmən min Sahih Muslim İbn Həccəc, səh. 25


Hazırladı: Samiq Mustafayev