“İbrahimin milləti” nə deməkdir?

“İbrahimin milləti” nə deməkdir?


Şeyx Xalid Raddadi (Allah ona rəhm etsin) belə demişdir:

İbrahimin milləti- burada millət sözündən qəsd din deməkdir. O, da Allahın öz peyğəmbərlərinin (Onlara Allahın salamı olsun) dili ilə şəriət etdiyi hər şeyə şamil olunur.

Millət və din arasında fərqlərdən biri də odur ki, millət isnad olunduğu peyğəmbərə (Ona Allahın salamı olsun) nisbət olunur. Məsələn:

فَٱتَّبِعُوا۟ مِلَّةَ إِبۡرَ ٰ⁠هِیمَ حَنِیفࣰاۖ 

Elə isə İbrahimin hənif millətinə (dininə) tabe olun. (Ali İmran, 95)

Həmçinin:

وَٱتَّبَعۡتُ مِلَّةَ ءَابَاۤءِیۤ 

Mən atalarımın millətinə (dininə) tabe oldum. (Yusuf, 38)

Millət sözünün  Allaha, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) ümmətindən kiməsə nisbət olunduğu demək olar ki, tapa bilməzsən. Bu söz yalnız şəriət daşıyıcısı olan peyğəmbərə nisbət olunur. "Allahın dini", "Zeydin dini" deyilsə də, "Allahın milləti", "mənim millətim", "Zeydin milləti" deyilməz. "Namaz Allahın millətindəndir" deyilməz. ("Dinindəndir" deyilər).

Əsfəhəni "Mufradət fi Ğaribil Quran", 471, 472. Curcəni "Təarifət", 141.

Ət-Taliqul Mumti alə Qavaidul Ərbəa, səh. 43, 44