Uca Allah belə buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz edildiyi kimi, sizə də fərz edildi ki, bəlkə (Allahdan) qorxasınız". (Bəqərə, 183)
Bu ayə dəlildir ki, oruc İslamın ərkanlarından biri, Uca və Nöqsansız Allahın fərz etdiklərindən bir fərzdir. Həmçinin dəlildir ki, oruc bizə də, bizdən əvvəlki ümmətlərə də vacib edilmişdir. Biz və onlar şəriət olunun bu şeyin (oruc) bəzi xüsusiyyətlərindən fərqli olsaq da, ümumən özünü tutub saxlamaq mənasında oruc onlara da vacib edilmişdir. Ramazan orucu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) hicrətinin ikinci ilində fərz edilmişdir. Bundan əvvəl isə onlar Aşura günü orucunu fərz olaraq tuturdular. Sonra isə Aşura günü oruc tutmağın vacibliyi hökmü nəsx (ləğv) edildi və Ramazan orucu vacib oldu. Ramazan orucunun vacibliyi dəlil və icma ilə sabitdir. Qurandan dəlilə gəldikdə elə bu ayə dəlildir. Amma Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Sünnəsindən dəlilə gəldikdə isə bu barədə hədislər olduqca çoxdur. Uzun Cəbrail hədisi və İbn Ömərin "İslam beş əsas üzərində qurulmuşdur" hədisi buna dəlildir.
Ramazan orucu ilk başda ixtiyari idi. İstəyən oruc tuta, istəyən də yoxsulu yedirə bilərdi. Seçim edə bilərdi. Necə ki uca Allah buyurur:
{ وَعَلَى ٱلَّذِینَ یُطِیقُونَهُۥ فِدۡیَةࣱ طَعَامُ مِسۡكِینࣲۖ فَمَن تَطَوَّعَ خَیۡرࣰا فَهُوَ خَیۡرࣱ لَّهُۥۚ وَأَن تَصُومُوا۟ خَیۡرࣱ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ }
Buna taqəti olanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir. (Bəqərə, 184)
Sonra bu ixtiyarın (seçim etməyin) hökmü nəsx (ləğv) edildi. Uca Allahın bu sözü ilə:
فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهۡرَ فَلۡیَصُمۡهُۖ
Qoy sizlərdən bu aya yetişən kəslər həmin ayı oruc tutsun. (Bəqərə, 185)
Bunu İbn Ömər (Allah ondan və atasından razı olsun) Buxaridə, Sələmə İbn Əkva (Allah ondan razı olsun) Buxari və Muslimdə gələn rəvayətlərdə demişlər.
İbn Abbas (Allah ondan və atasından razı olsun) isə bu ayənin hökmünün nəsx (ləğv) olunmadığını, yaşlı kişi və qadınlar haqqında keçərli olduğunu demişdir, çünki onların gücü çatmır. Eləcə də canı və övladı üçün qorxan hamilə və süd verən qadına da aid etmişdir.
Şeyx Xalid Zafiri "Şərh Mənhəcus Səlikin", Oruc kitabı