Dəstəmazda boyuna məsh çəkmək
- 447
Sual: Bu vaxtda alimlərin bir-birinə rəddiyə verməsi düzgün deyil, çünki bu şey düşmənləri gücləndirir və səfləri bölür?
Cavab:
Bu, batil bir söz və pis bir iddiadır. Bundan qəsdləri isə yaxşılığı əmr edib, pislikdən çəkindirməyi ləğv etməkdir. Həmçinin bunun məqsədi haqqı bəyan etməyi ortadan qaldırmaqdır. Bunun əsli isə Həsən Əl-Bənnənin (Allah bizi və onu bağışlasın) sözündəndir:
"Müsəlmanların hamısı birdirlər. Müsəlmanların qibləsi bir, Quranı bir, peyğəmbəri birdir və ona görə də parçalanmaq olmaz".
Elə buna görə də sələfi, sufi, şiə, mötəzilini birləşdirir və "Hamısı müsəlmanlardır" deyirdi. Bu söz (sual) da onun qoyduğu qayda üzərində qurulmuşdur.
O, həmçinin bu haqda belə deyirdi:
"İttifaq etdiyimiz məsələlərdə yardımlaşaq, ixtilaf etdiyimiz məsələlərdə isə bir-birimizə üzr qazandıraq".
Bu, batil bir qaydadır. Alimlər¹ bu qaydaya rəddiyə vermiş və o qaydanın problemlərini bəyan etmişlər.
¹Şeyx Bəkr Əbu Zeyd və Şeyx Saleh Fovzan "İrşad", səh. 7
Əl-Fətəvə Cəliyyə an Mənəhici Dəaviyyə, səh. 21