Hafiz Həkəmi (Allah ona rəhm etsin) belə demişdir:
Ruqyə yalnız bu üç şərtlə icazəlidir. Ruqyədə bu şərtlər cəm olarsa, o zaman şərii ruqyə olar. Əgər bu şərtlərdən biri olmazsa, əksi olar. Onlar:
1) Quran və Sünnədən olmalıdır. Onlardan başqası ilə icazəli deyil.
2) Ərəb dilində, ləfzləri aydın, mənaları başa düşülən olmalıdır. Ərəb dilindən başqa dildə icazəli deyildir.
3) İnsan etiqad etməlidir ki, bu, sadəcə səbəblərdən bir səbəbdir, yalnız Allahın izni ilə təsir edə bilər. Ruqyənin özlüyündə fayda verəcəyini etiqad etməməlidir, əksinə, ruqyə edənin etdiyi əməl səbəbdir. İstədiyi zaman şəfa verən isə Allahdır.
Məaricul Qabul, 2/509