Qədim sələfilik və yeni sələfilik
Sual: "Qədim sələfilik və yeni sələfilik anlayışları varmı yoxsa sələfilik birdirmi?"
Cavab: "Sələfilik anlayışı birdir (bütovdür). Kim iddia etsə ki, qədim sələfilik və yeni sələfilik anlayışları var, artıq yalan demişdir. Səhabələrin yaşadıqları əsrdən günümüzə qədər sələflərin (əvvəlkilərin) əqidələrinə (inanclarına) nəzər yetirdiyimizdə bir əqidəni görürük. Onun barəsində heç vaxt ixtilafa (fikir ayrılığına) düşməmişlər. Həqiqətən də onlar dinin əsaslarından, əqidədən olmayan fəri (ikinci dərəcəli) hökmlərdə ixtilaf ediblər. İxtilafları bunda olub. Heç biri də digərini buna görə eyibləməyib. Bu, səhabələrin (Allahın razılığı onların üzərlərinə olsun!) yolundandır. Əqidə məsələlərinə gəldikdə isə səhabələrin yaşadıqları əsrdən indiyə qədər onların (sələflərin) mənhəci (yolu) bir olub."
Muvəzənat qaydası
Sual: "Nəsihət zamanı yaxşı və pis əməllər arasındakı muvəzənat (bərabərlik) sələfin mənhəcindəndirmi yoxsa yox?"
Cavab: "Bu sələfin mənhəcindən deyil və bizim zamanımızdan başqa heç kim belə bir şey deməyib. Belə sözü ixvanlar (firqə) və onların ardınca gedənlər deyiblər. Onlar deyirlər ki: Yaxşı və pis əməllər arasında muvəzənatın (bərabərlik) olması labüddür. Bu söz batildir və nə haqq, nə Kitab (Qurani-Kərim) nə də Sünnə tərəfdən heç bir əsası yoxdur, nə Allah Elçisinin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun!) səhabələrindən kimsə buna əməl etmişdir, nə də saleh sələflərdən. Məlum olduğu kimi Fatimə bint Qeys Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) istişarə etdikdə o (Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun!)) Muaviyə və Əbu Cəhm haqqında: "Muaviyə yoxsuldur, mal-dövləti yoxdur, Əbu Cəhm isə qadın döyəndir."- deyə buyurduqda onların yaxşı əməlləri haqqında heç bir şey zikr etməmişdir.
*Beləcə bu dəlilləri araşdırmaq istədiyimizdə sələfi şeyx Rabi bin Hədi əl-Mədxalinin - Allah onu qorusun! - cəm etdiyi dəlillərin və bu mənhəc haqqında danışanlara (dəvət edənlərə) qarşı rəddlərinin kitabında mövcud olduğunu görürük."
Əl-Fətəval Cəliyyə an Mənəhici Dəaviyyə, səh. 19, 20