Sevililər (Valentin) günü
- 1214
Şeyx İbn Bəz:
Kim belə desə: “Allah hər yerdə mövcuddur”, bu küfr və azğınlıqdır. Bunu Cəhmiyyə, Mötəzilə və onlara bənzər bidət əhli deyir. Bu, küfr və azğınlığın ən çirkin növlərindən biridir. Buna görə də “Allah hər yerdədir” deyilmir. Allah bundan çox ucadır, olduqca ucadır. Əksinə, O, Özü haqqında necə xəbər veribsə elədir: Ərşin üzərindədir, Onun elmi isə hər yerdədir.
Mənbə: Şeyxin Rəsmi saytından
Şeyx Salih Fovzan:
“Allah hər yerdədir” deyənlər Hululiyyədirlər (yəni Allahın zatı ilə məxluqatın içində olması inancını daşıyanlar). Bu etiqadı daşımaq Allah Azzə və Cəlləyə küfrdür. Əksinə, Allah Ucadır və hər cür nöqsandan münəzzəhdir. O, səmaların üstündədir və Ərşə istiva etmişdir. Allah uluvdadır (uca mərtəbədədir) və bu ucalıq Allahın zati sifətlərindəndir. Bu sifətlər Allahda daim mövcuddur. İstiva isə feili sifətlərdəndir; Allah onu istədiyi vaxt və istədiyi şəkildə edər.“Allah hər yerdədir” demək Hululiyyə məzhəbinin etiqadıdır. Bu isə Allaha küfrdür. Çünki Allah bundan münəzzəhdir. Hətta onlar çirkli yerlərdə belə Allahın olduğunu düşünürlər. Allah bundan uzaqdır (uca və pakdır). Buna görə də Hululiyyə məzhəbi Allaha küfr etmiş bir məzhəb sayılır. Çünki onlar Allahı layiqincə tənzih etməmiş və Ona ucalıq (uluv) sifətini aid etməmişlər. Bəli.
https://youtube.com/shorts/XhvLrhThhrc?si=jAyBXXCRzxjKmnU9