Həyat yoldaşı ilə cinsi yaxlnlığı tərk etmək

Həyat yoldaşı ilə cinsi yaxlnlığı tərk etmək

Sual: Həyat yoldaşı ilə bir il və ya iki il cinsi yaxınlığı tərk etməyin hökmü nədir?

Şeyx İbn Bəz

Cavab: 

Müsəlmana icazəli deyil ki, həyat yoldaşı ilə cinsi yaxınlığı tərk etsin, çünki bu, qadına zərər verəcək və qadının nəticəsi pis olacaq şeylərə düşməsinə səbəb olacaq. Kişiyə vacibdir ki, həyat yoldaşı ilə gücü və imkanı çatdığı qədər gözəl şəkildə cinsi yaxınlıq etsin. Bəzi elm əhli deyiblər ki, bu (cinsi yaxınlıq), kişiyə dörd ayda ən azı bir dəfə vacibdir. Amma buna açıq-aşkar bir dəlil yoxdur. Bundan əlavə kişiyə vacibdir ki, həyat yoldaşı ilə xoş rəftar etsin. Necə ki, Uca Allah buyurur:
 Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. (Nisa, 19) 

Həmçinin Uca Alah belə buyurur:

(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. (Bəqərə, 228)

Qadınla cinsi yaxınlıq etmək, onunla ünsiyyətdə olmaq və ona gözəl sözlərlə xitab etmək və malından onun ehtiyacı olan şeylərə sərf etmək və.s onlarla gözəl şəkildə rəftar etməkdən sayılır. Qadınla uzun müddət cinsi yaxınlıq etməyi tərk etmək onunla gözəl rəftardan deyil. Həmin kişiyə vacibdir ki, buna görə qadına üzrxahlıq etsin, əgər qadın onun üzrünü qəbul edərsə, bunda bir qəbahət yoxdur. Yoxsa ki, kişiyə vacibdir ki, qadına diqqət yetirsin, imkanı və gücü çatdığı qədər onunla gözəl şəkildə və hər ikisinə kifayət edəcək və pis işlərə aparmağa mane olacaq qədər cinsi yaxınlı etsin, çünki cinsi yaxınlıq hər ikisinin iffətli olmağına və çirkin şeylərdən uzaqlaşmağına səbəb olacaq. Bunun tərki isə onların ikisini də təhlükəli şeylərə aparacaq. Bunun tərki yalnız şəriətdə olan üzrlər səbəbi ilə ola bilər. Məsələn: Xəstəlik, elm tələbi və ya ruzi qazanmaq üçün qürbətdə olmaq və buna bənzər şeylər kimi.