Xəstəliyə görə hicabı açmaq
Salam aleykum və rahmətullahi və bərəkatuh, ALLAH sizə bərəkət versin. Hər hansı bir xəstəliyə görə hicabı açmaq olar? Hekim də deyirsə ki, baş verən ağrıların səbəbi başa hava dəymir. Və hicablı kəsin uzun müddət işdə olması başını çox az açmasına səbəb olursa, işdən çıxmadan, başqa yollar axtarmadan hicabı acmaqa şəriət icazə verir?
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
Xeyr, bu hal naməhrəmlərin yanında hicabı açmağı icazəli etmir. Evdə və ya həyət evidirsə, həyətdə açın.
O həkimin yanaşmasına görə ərəb ölkələrində istidə başını hətta üzünü örtən qadınlar xəstə olmalıdırlar.