Xəsislik
S.A. Xəsislik barede melumat isteyirdim. Dinde kisinin yoldasina ve evine xesislik (veya bizim dilde simiclik) etmeyi ne qeder dogrudur? Əgər imkanı ola ola bir kişi yoldaşına, övladlarına xəsislik ederse nedense qısarsa bu ne qeder dogru olar? Zövcesinin yoldaşından pul veya pulnan alina bilecekleri istemesi ne qeder dogrudur? Haqqı varmı yoldasından istemeye? Bunun kişiyə və qadına düşən hökmü nədir?
Samiq Mustafayev
Həkim ibn Muaviyə əl-Quşeyri atasından rəvayət edir ki, mən dedim:
- Ey Allahın elçisi.. "Qadınlarımızın bizim üzərimizdə olan haqqı nədir?
O, ﷺ dedi:
İstədiyi vaxt yedirtmək, istədiyi vaxt geyindirmək, üzünə vurmamaq, "Allah səni xeyirdən uzaq etsin" deməmək və yalnız evdə olarkən yatağını ayırmaq.
əgər yedirtməyə yemək varsa.. yediyinizdən yedirtmək
* yəni bir otağın və ya bir evin içində yatağını ayırmaq, tərk edib başqa yerdə qalmamaq..
Əbu Davud 2128.. İbn Macə 1850
Uca Allah belə buyurur :
وَلَا یَحۡسَبَنَّ ٱلَّذِینَ یَبۡخَلُونَ بِمَاۤ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦ هُوَ خَیۡرࣰا لَّهُمۖ بَلۡ هُوَ شَرࣱّ لَّهُمۡۖ سَیُطَوَّقُونَ مَا بَخِلُوا۟ بِهِۦ یَوۡمَ ٱلۡقِیَـٰمَةِۗ وَلِلَّهِ مِیرَ ٰثُ ٱلسَّمَـٰوَ ٰتِ وَٱلۡأَرۡضِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِیرࣱ
Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.
Əli İmran, 180
Allahın öz lütfündən verdiyinə mal, var dövlət, həmçinin elm də aiddir. Bu şeylərdən xərcləməyənlər elə zənn etməsinlər ki, bu onların xeyrinədir, əksinə bu onların həm dinləri, həm də dünyaları üçün şərdir.(Sədi təfsirindən müxtəsər olaraq)