Təvəkkül nədir? Qurani ilə davranış
Salam aleykum və rahmətullahi və bərəkatuh. 1) təvəkkül nə deməkdir ? qısa şəkildə, sadə dildə yaza bilərsiz ? 2) Sünnəni qəbul etməyənlə, başa düşə bilməyənlə və ya başa düşmək istəməyənlə munasibət saxlamamaq olar? Başa salırsan, paylaşmalar edirsən qarşı tərəf elə öz batil düşüncəsində qalırsa, heç nə demədən tərk etmək olar o kəsləri ? Yoxsa özümüzü sıxıb daim dəvət etməliyik? Cavab üçün çox sağ olun, ALLAH razı olsun
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
1) Təvəkkül - səbəbləri götürərək Allaha bel bağlamaqdır (etimad etmək). Səbəbləri götürərək işini Allaha həvalə etməkdir.
2) İnsan hətta kafir olsa belə dəvətə davam edirik. Sadəcə yoldaşlıq etməyin ki, sizə də zərəri toxunmasın.
Böyük alim ibn Qeyyim (rahiməhullah) demişdir:
Kitab və Sünnə əhlinə düşmənçilik edəndən uzaq ol ki, onun ziyanı sənə dəyməsin.
Əl-Fəvəid səh.105