Sünnə
Ramazanın son günü haqda hədislər
Samiq Mustafayev
Rasulullah ﷺ belə buyurmuşdur:
Qədr gecəsini Ramazanın son on günündəki tək gecələrdə axtarın.
Buxari, 2017
Abdullah İbn Ömər (Allah ondan və atasından razı olsun) rəvayət edir ki,
Allah Elçisi ﷺ Ramazanın son on günündə etikaf edərdi.
Buxari və Muslim rəvayət etmişdir.
[ Ramazanın son on gününü oyaq keçirmək ]
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki:
(Ramazanın) Son on günü girdikdə Peyğəmbər ﷺ gecələri oyaq qalaraq ibadət edər, ailəsini (ibadət etməkləri üçün) yuxudan oyadar və belbağını bəkr-bərk bağlayardı*.
Buxari və Muslim rəvayət etmişdir.
*Elm əhli buyurur ki, yəni canla başla ibadət etmək üçün hazırlıq görərdi. Bəziləri isə "qadınlardan uzaqlaşardı" kimi təfsir etmişlər.