Şeytanların zəncirlənməsi
Salam aleykum və rahmətullahi və bərəkatuh Ramazanda şeytanlar zəncirləndiyi halda insanın beynindən ya qəlbindən pis, qorxulu, xoşagəlməz fikirlər keçirsə, ( anidən,birdən ) bunu necə başa düşək? Deməli həmin kəsin imanı o qədər zəifdir ki şeytanlar zəncirləndiyi halda nəfsi pis şeylər düşünür,?? Ya bu hal normaldı ??
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
Şeyxulİslam İbn Teymiyyə rahiməhullah belə demişdir:
Ramazanda şeytanlar zəncirlənir və qüvvətləri zəifləyir. Zəncirləndiklərinə görə ramazan ayında başqa aylarda etdiklərini etməyi bacarmırlar. Deyilmir ki, (şeytanlar) "öldürülüblər" və ya "ölüblər", əksinə "zəncirləniblər" deyilir. Ola bilsin ki, zərər vuralar, ancaq bu zərər ramazan ayında başqa aylardan daha az olur. Bu da, orucun kamilliyi və naqisliyinə görədir. Kimin orucu kamildirsə, şeytanı orucu naqis olanın dəf etməsindən daha güclü dəf edər.
Məcmul Fətəva, 25/246.