Rahatlamaq üçün dənizi, təbiəti seyr etmək doğrudurmu?
Salam aleykum.Allah size bereket versin.Allaha təvəkkül etmədən nəisə eləmək olar?Məsələn:İnsan Əsəbi və ya kədərli olur.İlk öncə Allaha dua etmirki ki mənim kədərimi aradan qaldır.Bunun əvəzinə gedir dəniz qırağına yaxud təbiəti seyr edir özünü rahatlamaq üçün.Bele etmek günah,şirk deyil?
Samiq Mustafayev
va aleykum salam.
Əmin, Allah sizə də bərəkət versin.
Həəqiqətən də bu şeyləri seyr etməyin insana yaxşı təsiri olur.
İmam İbn Qeyyim (rahiməhullah) belə demişdir:
Dörd şey insanı rahatladır:
Yaşıllığa baxmaq
Axar suya baxmaq
Sevdiyi insana baxmaq
Meyvəyə (məhsula) baxmaq
Zadul Məad, 4/378
Bunda şəriətə zidd bir şey yoxdur. Daha doğrusunu Allah bilir.