Qəza namazları
salam aleykum, mən abituriyentəm,universitetə hazırlaşıram,hazırlıqlara gedirəm və bəzən zöhr namazım marşruta görə qəzaya düşür,bunun günahı nədir və mən nə etməliyəm?
Samiq Mustafayev
va aleykum salam.
Allah köməyiniz olsun. Çalışın namazlarınızı qaçırmayın, əgər heç cür alınmırsa, zöhr namazını əsr namazı ilə birlikdə qılın.
Məun surəsinin 4 və 5 ci ayələrini oxuyun.
Allah namazlarınızı qorumağı sizə nəsib etsin