Qadınların döyülməsi
Salam aleykum Quranda qadınların döyülməsi barədə məlumat və ya hədislər var bu nə dərəcədə düzgün sayılır yəni 1 kişinin bunu etməyə haqqı var və qadın o halda nə etməlidir
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
4. ən-Nisa surəsi, 34-cü ayəAllahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qo-ruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür.
Diqqət etsəniz birinci nəsihət edin, sonra yataqları ayırın, sonra döymək gəlir. Yəni bunları etdikdən sonra düzəlmirsə, ədəbləndirmək üçün vurmaq icazəlidir. Sadəcə bunda tələsmək doğru deyil.
Bəzi təfsir alimləri burada "döyün" sözünün şiddətli şəkildə döymək yox, ədəbləndirmək kimi vurmaq olduğunu demişlər.
Üzə vurmaq olmaz! Zülm etmək olmaz!