Qadınlar zikr meclisi
Əssəlamu əleykum Samiq müəllim. Biz qadinlar bəzən yığışıb zikr məclisi olsun deyə ibni Qeyyumun kitabini oxuyuruq. Lakin elə olurki hədisi tam başa düşə bilmirik, aramizda basliyir muzakirə. Hərə öz anladigi kimi başa salir. Kitabi oxuyan baci da deyirki mən bildiyimi deyirəm, bilmədiyimi də demirəm, mən alim deyiləmki. Hec elm tələbəsi də deyil Bizim bu şəkildə yığışmagimiz doğrudurmu? Allah sizə bərəkət versin, sizi xeyirlə mukafatlndirsin
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
İlk öncə onu qeyd edim ki, fitnənin, qəribliyin, qeybətin və.s çox yayıldığı bu vaxtlarda zikr məclisi etmək çox təqdirəlayiq haldır. Allah bərəkət versin.
Amma elə kitablar var ki, onları anlamağa dində müəyyən bir elmi səviyyə lazımdır. Çalışın hərə öz fikirini deməsin, anlamadığınız yerləri bilən birindən soruşun.
Allah sizə də bərəkət versin, sizi də xeyirlə mükafatlandırsın.