Musiqiyə qulaq asanlara nəsihət
Əs sələmu aleykum va rahimətullahi va bərəkətuhu qardaş. Allah Subhanəhu və Təalə elminizə bərəkət versin, əmin. Bir problem və ya xəstəlik barədə soruşmaq istəyirəm. Günümüzdə çox geniş yayılıb, hətta möminlərin, ibadət əhlinin içində də. Cürbəcür dini mətnli videolar paylaşırlar, sözlər gözəl, fonda da musiqi ... *Məgər musiqi icma ilə haram deyil...?!* Qardaşa deyəndə ki, musiqi haramdır, deyir ki, göz nə gözəl söz danışır...? *Axı biz həmin «gözəl sözü» dinləməyə mükəlləf deyilik!* *Amma haramlardan qorunmağa və onu yaymamağa, qarşısını almağa mükəlləfik!* Qardaş, Allah sizə bərəkət versin, bu yəhudi oyunlarıdır, necə mübarizə aparaq? Nə nəsihət edərdiz?
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
Əmin, Allah sizə də bərəkət versin.
Çox təəssüf ki, günümüzdə bir çox müsəlmanlar musiqi məsələsinə səhlənkar yanaşırlar. Baxın, səhabə necə davrandı:
Nəfidən rəvayət olunur ki, ibn Ömər bir musiqi səsi eşitdi, barmaqlarını qulaqlarına qoydu, yoldan uzaqlaşdı və mənə dedi:
Ey Nəfi! Bir şey eşidirsənmi?
Mən isə “xeyr" dedim.
Sonra barmaqlarını qulaqlarından qaldırdı və dedi:
Mən Allahın Elçisi ilə birlikdə idim. O, bunun kimi bir şey eşitdi və eyni ilə belə etdi.
Bax: Əbu Davud, 4924 rəvayət edib. Albani səhihləşdirib.
Siz yenə də nəsihət etməyə davam edin. Ola bilsin ki, Allah sizin vasitənizlə onu islah etdi.