Müəllif hüquqları
السَّلامُ عَلَيْكُم ورحمة الله وبركاته. Bəzi kitablar və proqramlar var ki, onların elektron portallarda paylaşılmasına və yayılmasına icazə yoxdur. Amma həmin kitabların və proqramların çoxsunu internetdən endirmək olur (icazəsiz paylaşılan). Bu haqda nə deyə bilərsiniz? Bu əməl (həm paylaşmaq, həm endirib istifadə etmək) düzgündürmü? بارك الله فيك و نفعك
Samiq Mustafayev
و عليكم السلام و رحمة الله و بركاته
Əgər bir programı icad edən və ya düzəldən onu yalnız ödənişli edir və pulsuz və ya şifrəsi qırılaraq istifadə olunmasına icazə vermirsə, bu halda onu o cür istifadə etmək icazəli deyil.
و فيك بارك الله و آمين و إياك