Kitab oxumaq
Əssələmu Aleykum va Rahmətullahi va Bərakətuh. Uşaq tərbiyəsinı aid kitab oxumaq olarmı? Kitabı almamışdan qabaq o kitab haqqında yazılanlara baxıram, əgər dinə zidd bir şey belə görsəm qətiyyən almıram və ya əgər aldıqdan sonra elə bir şey görsəm oxumuram. Amma bəzi kitablar var ki, orda ümumən uşaqla necə danışmaq lazımdır və ya hansı vəziyyətdə necə davranmaq lazımdır və s. Haqqında danışılır. Yəni ümumən baxanda əslində dinə zidd heç nə demir, kitabı oxuduqca peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədislərindən dəlillər gözümün önündə canlanır. Yəni əslində dinimizdə olan şeyləri başqa başqa insanların sözləri ilə yazırlar. Məsələn, bir kitab sırf uşağa örnək olaraq tərbiyə etmək haqqında danışır. Və ya bir kitabda var, həmin kitabda uşağa dil öyrətmək və ya 1 yaşında uşağa, dil açana qədər oxumağı öyrətməyi izah edir. Bu kimi kitabları oxumaq olarmı? Rəbbim sizi xeyirlə mükafatlandırsın.