Kafir ölkəsinə köçmək
Əs Sələmu Aleykum. Belə bir lotoreya var "green card". O amerikaya köçüb,və orada yaşamaq üçün, lotoreyadir. Mən onu oynamışam. Sual budur ki əgər mən onu udsam amerikaya köçə bilərəm? Orada dini yaşamaqda problem yoxdur. Niyyət də var ki iş yoldaşlarıma, tanışlara dəvət verəcəm, və orada evlənmək fikirim də var. Orada ruzi qazanmaq asandır, orada qadınlara, sürücülük vəsiqəsi üçün, şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirməyə icazə verilir. Həmdə müsəlmanlar arasında yaşasacam in şəə Allah. Bu şərtlər ilə ora köçə bilərəm? Allah razı olsun
Samiq Mustafayev
va aleykum salam. Sizi başa düşməyə çalışırıq. Ancaq bunu etməyi məsləhət görmürük, xüsusən də qadınlara.
KÜFR ÖLKƏLƏRİNDƏ YAŞAMAĞIN HÖKMÜ | ŞEYX İBN USEYMİN
Sual verən deyir ki, :
Kafir ölkələrində olan bir İslam topluluğun Şeyx Muhəmməd ibn Useyminə (Allah onu qorusun və onu elmi ilə faydalandırsın) sualı var.
Bizə Peygemberin ﷺ
"mən kafirlər arasında yaşayan müsəlmandan uzağam"
Hədisi tətbiq olurmu?
Bununla bərabər biz cümə və camaat namazlarını qılır və dinimizin əmrlərini qoruyuruq.
Cavab: Şeyx ibn Useymin:
Vacib olan odur ki, müsəlman daimi olaraq küfr diyarında qalmasın. Lakin kim dərs almaq və ya ticarət etmək üçün küfr diyarına gedərsə, bu şərtlər ilə icazəlidir.
Birinci şərt odur ki, o insanda şübhələri dəf edəcək elm olmalıdır. Çünki düşmənlərimiz bizi din, Peygembər və Rəbbﷻ barəsində şübhəyə salmaq istəyirlər. Şübhələrdən qorunmaq üçün səndə elmin olmağı labüddür.
İkinci isə, onun şəhvətlərə getməyinə mane olacaq iman olmalıdır. Çünki orada (kafir ölkəsində) olan şəhvətlər qapısı açıqdır. Zina, Lut qövmünün əməli, şərab və həşiş istəsən hamısı, bütün günahlar və fasiq əməllər kafirlərin ölkəsində mövcuddur.
Əgər insanın şəhvətləri dəf edəcək güclü imanı yoxdursa, ona küfr ölkəsinə səfər etməsi icazəli deyildir.
-Üçüncü isə küfr ölkəsində olan şey zəruri və öz ölkəsində bənzəri olmayan xüsusi şeylər olmalıdır. Amma öz ölkəsində bənzəri varsa, küfr ölkəsinə səfər etmir.
Bu topluluqların öz ölkələrinə qayıtmaqları mümkündürsə, onlara vacibdir ki, İslam ölkələrinə qayıtsınlar. Əgər mümkün deyilsə və onlar küfr ölkələrində öz dinlərinin qaydalarını yerinə yetirərək yaşayırlarsa, ola bilsin ki, onlar buna görə üzürlü hesab olunsunlar.