İnsanı tanimaq
السَّلامُ عَلَيْكُم ورحمة الله وبركاته Mən bir insanı bir neçə dəfə gördükdən sonra sanki o insanı tanımış kimi oluram(elə hiss edirəm). Yəni xarakterində olan bəzi xüsusiyyətləri təxmin edə bilirəm və ya insanın HALINDAN, HƏRƏKƏTLƏRİNDƏN, DAVRANIŞINDAN, SÖZLƏRİNDƏN VƏ S. o insanın niyyətini və ya necə bir insan olduğunu qismən də olsa, təxmin edirəm (qəlbimdə öz-özünə bu fikirlər yaranır). Bu hal dəfələrlə olub və ilk öncə zənnə qapıldığımı düşünərək istiğfar diləmişəm. Amma sonralardan təxminlərim öz doğruluğunu təsdqiləyib. Sual belədir ki, bu düşüncə nə dərəcə düzgündür? 100% əmin olmadan belə düşünmək zən sayılırmı? Günahdırmı? (Lakin səbəblər gətirərək düşünürəm) BU KİMİ MƏNƏ AİD OLMAYAN MƏSƏLƏLƏRDƏN ÖZÜMÜ NECƏ ÇƏKİNDİRƏ BİLƏRƏM? ÇALIŞIRAM DÜŞÜNMƏYİM, AMMA BACARMIRAM. 2 sual: Yaratmaq feilini insanın etdiyi bir iş üçün istifadə etmək olarmı? Zehnimdə bu fikirlər yaranır Şirkət yaratdım və s. Kimi.