İnadkarla davranış
Salam aleykum və rahmətullahi və bərəkatuh, ALLAH sizə bərəkət versin.. ətrafımızda elə kəslər varki,Dini öyrənmir və Dini bilmirəm deyib heç bir mübahisə də etmir..amma onlara nəsihət etdikdə müəyyən müddət sonra görünən o olur ki bildiyi batilin,bidətin üzərindədir ...kimlərinsə mövludu, imamların qırxı, şəhadəti, SUNNENİN bir məzhəb olması və s kimi məsələləri Dindən bilir..bu cür kəslərlə əlaqə məni sıxır, cunki oz bildiyində qalib, hec nəyi araşdırıb öyrənmir..bu kəslərlə bir dəfəlik əlaqəni kəsmək olar? Bildiyim odur ki öyrənməliyik və bu yolda səbrlə dəvət etməliyik...buna müvəffəq olmuramsa, o kəsləri tərk etmək istəyirəm ...
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
Elm sahibi olab kimsə bildiyini gözəl şəkildə çatdırmalıdır. Uca Allah mənaca tərcümədə buyurur ki:
İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl, 125)
Elm əhli buyurur ki, "gözəl tərzdə mübahisə et" əgər qəbul edirlərsə...
Etmirlərsə, uzaqlaş
Əmin, Allah sizə də bərəkət versin.