Hədis
Assalamu aleykum. Əxi Allah elminizi bərəkətli etsin bu hədis haqqında nə deyərdiniz səhihdirmi? Dedilər: “Həqiqətən, yer hər gün beş dəfə fəryad edər: “Ey Adəm oğlu, sən mənim kürəyimlə yeriyirsən, amma tezliklə sənin yerin mənim içimdə olacaqdır”. İKİNCİ DƏFƏ DEYİR: “Ey Adəm oğlu, mənim səthimdə müxtəlif yeməklər yeyirsən. İçimdəki böcəklər səni yeyəcək”. Üçüncü dəfə deyir: “Ey Adəm övladı, mənim üzümə gülürsən, tezliklə içimdə ağlayacaqsan”. Dördüncü dəfə deyir: “Ey Adəm övladı, sən mənim üzümə sevinirsən, tezliklə içimdə yas tutacaqsan”. Beşinci dəfə deyir: “Ey Adəm oğlu, kürəyimə günah işlədirsən, tezliklə içimdə əzab çəkəcəksən”.
Samiq Mustafayev
va aleykum salam.
Allah sizə də bərəkət versin.
Bu rəvayətin əslini hədis kitablarında tapa bilmədik.