Evlənə bilmirəm, nə edim?
Assalamu aleykum. Abi mənim 23 yaşım var evlənəsiyəm amma evlənə bilmirəm çox sıxıntı çəkirəm hərdən ağlamağım gəlir. işləyirəm iş yoldaşlarım cahildir hətta Müqəddəs Ramazan ayında içirlər olarmı ki beləsi iş yoldaşlarıma görə işlərm düz getməyə? Bunlardan aralansam atam dava salacaq Atam əlhəmdulillah müsəlman dır amma dünya malına çox bağlıdır mənə məsləhət verin nolar Allah sizdən razı olsun
Samiq Mustafayev
va aleykum salam.
İlk öncə Allahdan istəyirəm ki, sənə və bütün subay bacı və qardaşlarımıza xeyirli həyat yoldaşı nəsib etsin. O. duaları Eşidən və onlara Cavab verəndir.
Allaha sığın, ona dua et, xüsusən gecə namazlarında
Pis toplumla oturub durmaq. çox şeyə təsir edə bilər. Başqa iş axtarın. Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər və onu gözləmədiyi yerdən ruziləndirər.
Allah sizdən də razı olsun.