Dörd qayda
Əssəlamu aleykum va Rahmətullahi va bərakətuhu, mən dörd qaydanı sələfi elm əhlindən şərhi ilə birlikdə öyrəndim dərslər mənim üçün çox faydalı oldu. Lakin başa düşmədim ki, o dörd qayda qısaca nə qaydalardır. Zəhmət olmasa, o dörd qaydanın qısaca hansı qaydalar olduğunu, onların adlarını yaza bilərsiniz? Bilmək istəyirəm ki, o dörd qayda kitabında qeyd olunan Allahın kitabında zikir etmiş olduğu o dörd qayda qısaca nə qaydalardır?
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
Uca Allah faydalı etsin.
1) Peyğəmbərimizin sallallahu aleyhi və səlləm vuruşduğu müşriklər Uca Allahın yaradan, ruzi verən olmasını qəbul edirdilər. yəni-Rububiyyət tövhidini. Lakin bu, onları İslama daxil etmirdi.
2) Məkkə müşrikləri öz bütlərinə onları Allaha daha çox yaxınlaşdırır iddiası ilə ibadət edirdilər
3) Peyğəmbərimizin sallallahu aleyhi və səlləm müxtəlif şeylərə ibadət edən insanlara göndərilmişdir. Məsələn: peyğəmbərlərə, salehlərə, ağaclara, daşlara və.s
4) Zamanımızın müşrikləri əvvəlkilərdən (Məkkə müşrikləri) daha betərdilər. Onlar rahatlıq anında şərik qoşurdular, sıxıntı anında isə yalnız Allahı çağırırdılar. İndikilərin şirki isə daimidir, rahatlıq və sıxıntı anında şərik qoşurlar.