Dinə dəvət etmək
İnsanları dinə dəvət edərək öncə nədən başlamaq lazımdır?
Samiq Mustafayev
Əs Sələmu aleykum.
Allahın dininə dəvət tövhiddən başlamalıdır. Uca Allah buyurur:
وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ
[Sure Nahl: 36]
Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, peyğəmbər göndərmişik.
Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz İbn Cəbəli Yəmənə dəvətə göndərəndə dedi ki:
Sən Kitab Əhlindən olan bir qövmün yanına gedirsən, onları ilk dəvət edəcəyin şey "Ləə ilə illəllah Muhəməddən Rasulullah" şəhadəti olsun. (Buxari və Muslim rəvayət etmişlər)