Dəstəmazda əzaları yumağın sayı
Dəstəmaz alarkən 2 ya 3 olmaqla əzaları yuyuruqsa, başa və ayaqlara (corab olanda) 1 dəfə məsh edirik ya necə ? ALLAH sizdən razı olsun.
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
Bəli, digər əzaları üç dəfə yumaq, məshləri (başa və örtülü ayağa ) bir dəfə etmək sünnədir.