Cin musallat olması və vəsvəsələr
Salam mən 17 yaşındayam 16 yaşında cadu ilə bədənimə cin musallat etdilər. Və psixolojim çox pozuldu. 10 aydır şirk vəsvəsələri ilə mübarizə aparıram. Şeytan mənə deyir get falan şeyə Allah de demək istəmirəm amma dilim tərpənir. Sinir kimi atır. Ağzımı açıq qoya bilmirəm. Nəfəsim çatmır Ağzımı açıram ki hava alam deyir Allah de başqalarına qapıya pəncərəyə. Onda özümdən asılı olmur ala sözü kimi ağzımdan nəsə çıxır. Ağzımı açmağa da qorxuram. Baxıram hamı normaldı Ağızın açır ağlına helə fikirlər gəlmir. mən isə anormal.10 aydır gecə gündüz dayanmadan tövbə edirəm. Əziyyət çəkirəm. Nə edə bilərəm cavab verin. Birdə hansısa xoş bir şey baş verəndə şeytan vəsvəsə verir onu Allah etmədi əşyalar etdi. Allah haqqı vicdan əzabı çəkirəm yemək yeyəndə ən çox olur şirk sözləri gəlir qəfil ağzımdan qaçır. Yeməyimi saxlayıb yenə tövbə edirəm bir sözlə əziyyətdir. Elə bir dəqiqə yoxdur ki şirk vəsvəsələri gəlməsin. Nədir bunların hamısı şirkdir yoxsa vəsvəsədir? Xahiş edirəm cavab verin