Cəhənnəmdə od yoxdur demək doğrudurmu?
Salam aleykum və rahmətullahi və bərəkatuh. Bəziləri deyir ki Cəhənnəmdə od olmaz, odu burdan aparırlar. Bu cür düşünmək doğrudurmu? Cavab üçün çox sağ olun, ALLAH razı olsun
Samiq Mustafayev
va aleykum salam va rtahmətullahi va bərakətuhu
Xeyr, bu cür demək doğru deyil. Şəriət dəlilləri dəlalət edir ki, cəhənnəm hal hazırda mövcuddur.
Uca Allah buyurur:
{ فَإِن لَّمۡ تَفۡعَلُواْ وَلَن تَفۡعَلُواْ فَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِي وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُۖ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ }
Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin!
Bəqərə, 24
Diqqət edin "hazırlanmış" deyir, hazırda mövcuddur yəni.
Amma odu hardandıra gəlincə bu cür mövzularda dərinə getməyin insana faydası yoxdur.
Xoşdur, hər zaman buyurun.
Əmin, Allah sizdən də razı olsun.