Cahil qadına zinət əşyaları satmaq
Əssələmu Aleykum va Rahmətullahi va Bərakətuh. Cahil qadına zinət əşyası (aksesuar) satmaq olarmı? Həmçinin o qədərdə açıq olmayan geyimlər? (Dizdən aşağı don kimi)
Samiq Mustafayev
va aleykum salam.
Qadına paltar və aksesuar satmağın əsli mübahdır (bir qəbahət yoxdur).
Elm əhli buyurur ki, əgər insan bir şeyin harama istifadə ediləcəyini dəqiq bilirsə, o zaman onu satmaq doğru deyil.
Günah işlərdə kğməkləşmək olmaz.
Məsələn üzüm satmaq icazəlidir, amma dəqiq bilsə ki, bundan sərxoşedici içki hazırlanacaq bu zaman satmaq haramdır.