Bidət iki yerə bölünürmü?
Əssəlamu əleykum və rahmətullahu və bərakətuhu.Bidətçilər deyirlər ki,İmam Şafi rahiməhullah bidəti yaxşı və pis bidət olaraq 2 yerə bölüb.Quran və sünnəyə uyğun olan bidət yaxşı,Quran və sünnəyə uyğun gəlməyən isə pis bidət deyib. Bu nə dərəcədə doğrudur. Xahiş edirəm,buna açıqlama verərdiz. Allah elminizə bərəkət versin.
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
İmam Şafinin (Allah ona rəhm etsin) belə söz dediyini bilmirik.
Şeyx Saleh Fovzan (Allah onu qorusun) belə deyir:
Dində yaxşı bidət olduğunu iddia edən kəs, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bu sözünə müxalif olmuşdur:
"Həqiqətən (dində) hər yenilik bidətdir və hər bidət zəlalətdir".
Əl-Muntəqa, 1/183.
Əmin, Allah sizə də bərakət versin.