Allahın dörd şeyi əli ilə yaratması hədisi
Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuh. Əxi bu hədis səhihdir mİ? Abdullah ibn Ömər (radiyallahu anhumə) buyurmuşdur: Allahu təalə dörd şeyi öz əli ilə yaratmışdır: ⚫ərşi ⚫Qələmi •Adəmi və ⚫ǝdn Cənnətini. Sonra isə digər məxluqlara: "Ol demiş, onlar da olmuşdur". - جامع البيان للطبري / 145/20 . xeyirinacari
Samiq Mustafayev
va aleykum salam va rahmətullahi va bərakətuhu
Bəli, səhihdir.
Allahın əli ilə yaratdığı dörd şey..
Abdullah İbn Ömər (Allah ondan və atasından razı olsun) demişdir:
Allah dörd şeyi əli ilə yaradıb:
Ərşi
Qələmi
Ədn cənnətini
və Adəmi
Sonra isə digər məxluqlara "ol" deyib, onlar da olub.
Dərimi "Ən-Nəqd" səh.261 səhihdir.
Bəzi rəvayətlərdə Tövratı da əliylə yaradıb gəlib.