Allahın ad və sifətləri
Salam Aleykum.Allah sizi qorusun.Mən bilirəmki Allahın əli var.Təbiki özünməxsus lakin bir şey soruşmaq istəyirdim.Allah bütün sifətlərini xəbər verib Quranda və ya Sünnədə?Yəqin Bilirsizki Şiələr bizim bu yanaşmaya çox lağ edirlər.Məsələn Hansısa Bir Şiə Allahın bizə xəbər vermədiyi bir sifəti deyərsə.Onda necə?Yəni xəbər gəlməmiş sifətləri inkar etməliyik və ya necə?Bu məndə artıq vəsvəsəyə çevirilib.
Samiq Mustafayev
va aleykum salam.
Bu şübhədən çıxmaq çox bəsitdir. Əhli Sünnə Allahın öz kitabında, Rəsulun da Sünnəsində hansı sifətlər gəlibsə, onu inkar etmədən, dəyişdirmədən, yozmadan, məxluqa bənzətmədən, keyfiyyət vermədən isbat edir.
Allahın sifətləri dəlillədir. Məsələn əli var, gəlib ayə və hədislərdə onu yuxarıdakı şərtlərlə isbat edirik.
Dəlil gəlməyənləri isə nə isbat, nə də inkar edirik.
Əmin, Allah sizi də qorusun