zikrlərin tam sayda deyilməsi haqqında
اسٌلام عليكم و رحمة الله و بركاته Bəzi səhər-axşam zikrleri şəritdə bəlli sayda olaraq gəlib. Bilərək vəya bilmədən onları istədiyimiz qədər edə bilərik mi vəya tam sayında deməyin hökmü necədir? (məsələn səhər və axşam 100 dəfə لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ, vəya 3 dəfə deyilən zikrlər, 7 dəfə olan zikr)
Samiq Mustafayev
و عليكم السلام و رحمة الله و بركاته
Şəriətdə hansı zikirlərə xüsusiləşdirmə (müəyyən vaxt və say) gəlibsə, o cür də xüsusiləşdiririk. Amma bu zikirləri xüsusiləşdirmədən də istədiyimiz qədər edə bilərik.
Məsələn: 100 dəfə müəyyən zikir gəlib, onu deyirik, bu zikri daha çox (100- ü bitirdikdən sonra) demək üçün müəyyən say qoymuruq.

