• info@sunneyedevet.com
05.06.2024 99

Hafiz İbn Rəcəb

Mərhəmətli və Rəhmli Allahın adı ilə

Hafiz AbdurRahmən ibn Əhməd Əbul Fərəc İbn Rəcəb Əl-Hənbəli hicri tarixlə 736- ildə (miladi tarixlə 1335) Bağdadda anadan olmuşdur. Ləqəbi Zeynuddin idi. Sonra isə atası ilə birlikdə Dəməşqə köçmüşdür. 

Bəzi müəllimləri:

Muhəmməd İbn İsmail Xabbəz

Muhəmməd İbn İbrahim Meydumi

Fəxr Osman İbn Yusuf

İbn Qeyyim Cövziyyə

Bəzi tələbələri:

Aləuddin Əli İbn Muhəmməd (İbn Ləhhəm)

Əhməd İbn Nəsruddin Bağdadi

Davud İbn Süleyman Musili

Bəzi kitabları:

Şərh İləl Tirmizi

Fəthul Bəri Şərh Sahih Buxari

Cəmiul Ulum vəl Hikəm


O, hicri tarixlə 795-ci ildə (miladi tarixlə 1393-cü ildə) Ramazan ayında Dəməşqdə vəfat etmişdir. Allah rəhm etsin.

Bəzi seçmə sözləri:


Hafiz ibn Rəcəb (Allah ona rəhm etsin) demişdir:

Bəzi salehlər ciblərində bir parça kağız saxlayardılar. Hər saat açıb o kağıza baxardılar.

Orada belə yazılmışdı:

وَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ فَإِنَّكَ بِأَعۡیُنِنَاۖ 

Sən öz Rəbbinin hökmünə səbr et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Tur surəsi, 48-ci ayə)

Bax: Təfsir ibn Rəcəb, səh. 135

Hafiz İbn Rəcəb (Allah ona rəhm etsin) belə demişdir:

Bəzi sələflər namazlarında bütün ehtiyaclarını Allahdan istəyərdilər; xəmirlərinin duzunu, qoyunlarının alafını belə...

Bax: "Cəmiul Ulum vəl Hikəm", 2/39.

Hafiz İbn Rəcəb (Aallah ona rəhm etsin) belə demişdir:

Dünyada yüksək məqama yalnız çətinliklərə səbir etmək və onu əldə etmək üçün çalışmaqla nail olmaq olur. Bəs qadir Hökmdarın hüzurundakı haqq məclisində olmaq istəyən necə?!

Bax: Məcmu Rasəil, 1/224.

Hafiz İbn Rəcəb (Allah ona rəhm etsin) belə demişdir:

Qulun gizlində Allaha itaət etməsi onun imanının gücünə və öz Rəbbinə olan ixlasına dəlildir.

Bax: Məcmu Rasəil, 2/257


Hafiz İbn Rəcəb (Allah ona rəhm etsin) belə demişdir:

Riyanın (göstərişin) qoxusu odunun tüstüsü kimidir, havaya yüksələr, sonra yox olar və pis qoxusu qalar.

Bax: Məcmul Rasəil, 758.

Hafiz ibn Rəcəb (Allah ona rəhm etsin) belə demişdir:

Bəzi sələflər belə demişlər:

Kim Allahı tanıyarsa, Onu sevər, kim Onu sevərsə, Ona itaət edər. Həqiqətən, məhəbbət itaəti gərəkdirir.

Bax:Fəthul Bəri, 1/83 

Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha 

Ardı var ......

Paylaş

"Az dünya mənfəətinə dinini satar" hədisinin şərhi
04.07.2024

"Az dünya mənfəətinə dinini satar" hədisinin şərhi

Vəsvəsənin kökü və ondan qurtulmaq
07.07.2024

Vəsvəsənin kökü və ondan qurtulmaq

Hafiz İbn Rəcəb
05.06.2024

Hafiz İbn Rəcəb